Bakı, 12 fevral, AZƏRTAC
Banqladeşin Qopalqanq şəhərində milli seçkilər zamanı seçki məntəqəsində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Yerli mətbuatın polisə istinadla yaydığı məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.