AZ

Adam Kadırovun yeni görüntüsü: Oxşarıdır? Video

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çeçenistan rəhbəri Ramzan Kadırov ötən ay Qroznıda ağır qəzaya düşən oğlu Adam Kadırovun yeni görüntülərini yayıb.

Axar.az xəbər verir ki, görüntülər Ramzan Kadırovun Teleqram səhifəsində yer alıb.

43 saniyəlik videoda Adam Kadırov Ramzan Kadırov və köməkçisi Vismurad Əliyevin olduğu masaya əyləşir.

Adam Kadırovun həddən artıq arıqlamış vəziyyətdə görüntülənməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Çeçen hüquq müdafiəçisi Musa Lomayev görüntülərdə yer alan şəxsin Adam Kadırov deyil, onun oxşarının olduğunu iddia edib.

“Biz bu videoya baxdıq və belə bir nəticəyə gəldik ki, bu, Ramzan Kadırovun oğlu deyil", - Lomayev bildirib.

Qeyd edək ki, yanvarın 16-da Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun Qroznıda ağır qəzaya düşdüyü haqda məlumat yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
axar.az

1Mənbələr