AZ

"Qarabağ" - "Nyukasl" oyununun biletləri bu gün satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışda olacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar isə 1000 manatdır.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” klubunun Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Murad Məmmədov: "ÇALIŞACAM Kİ, ETİMADLARI DOĞRULDUM"

Domi Massumo: "Futbolda bəzən şans lazımdır"

AFFA "Neftçi"ni CƏZALANDIRIB

AFFA-dan “Turan Tovuz”a 12500 manat cərimə!

AFFA İntizam Komitəsinin iclası keçirilib

Seçilən
31
1
apasport.az

2Mənbələr