AZ

Azərbaycan İranla sərhədi açacaq? -Deputat DANIŞDI

Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər. Bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, İran rəsmilərinin Azərbaycan və İran arasında quru sərhədləri boyunca sərnişin daşıma məsələsini gündəmə gətirməsi Araz dəhlizi ilə bağlıdır:

"Hazırda Zəngəzur dəhlizinə paralel olaraq, 5 kilometr fərqlə, Ağbənd-Ordubad istiqaməti üzrə yolun inşası İrandan keçməklə 2026-cı ildə bərpa olunacaq. Araz çayı üzərində bu istiqamətdə körpünün inşasının başa çatdırılması qısa müddətdə mümkün olacaq.

Biz Naxçıvana quru sərhəd boyunca gediş-gəliş imkanları əldə edəcəyik ki, bu da uzun illərdir quru yolu ilə gedə bilmədiyimiz Naxçıvana gediş-gəlişi intensivləşdirəcək. Amma bu, heç şübhəsiz ki, quru sərhədlərinin açılması mənasına gəlmir. Çünki quru sərhədlərinin açılması dövlət və milli təhlükəsizliyimizlə bağlıdır. Görünür, təhlükə son hadisələrlə birlikdə daha da artmaqdadır. Nəzərə almaq lazımdır ki, hələ də regionumuzda təhlükəsizlik riskləri mövcuddur".

Aytəkin TOFİQQIZI

Seçilən
79
redaktor.az

1Mənbələr