AZ

“İnter” erməni futbolçuya müqavilə təklif etdi

“İnter” yarımmüdafiəçisi Henrix Mxitaryanı komandada saxlamaq niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. Milan klubu erməni futbolçuya 2027-ci ilin iyun ayınadək qüvvədə olacaq yeni müqavilə təklif etməyi planlaşdırır.

Hazırda 37 yaşlı yarımmüdafiəçinin “İnter”lə mövcud sözləşməsi 30 iyun 2026-cı ilədək nəzərdə tutulub.

Mxitaryan 2022-ci ildə “Roma”dan azad agent kimi “İnter”ə keçib. O, cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.

Seçilən
71
idmanxeber.az

1Mənbələr