AZ

“Qarabağ” – “Nyukasl” matçının biletləri 10-1000 manat aralığında olacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununun biletlərinin qiyməti müəyyənləşib.

90deqiqe.Az-ın məlumata görə, biletlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Qiymətlər 10 manatdan başlayaraq 1000 manata qədər dəyişir.

Standart sektorlar üzrə biletlər 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlar üçün qiymətlər 200, 250, 300 və 400 manat, VVIP sektor üçün isə 1000 manat müəyyən edilib.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Stadiona giriş isə QR kodlu bilet vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 18-də baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr