AZ

Kanadada dəhşətli olay: Əvvəlcə anasını...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünən məktəbdə törədilən silahlı hücumun şübhəlisinin əvvəlcə evində anasını və ögey qardaşını öldürdüyü müəyyən edilib.

"Cebheinfo.az" xəbər verir ki, “CBC News” telekanalının məlumatına görə, əyalətin Tumbler Ridc bölgəsində baş verən və ölkə tarixində ən ölümcül ikinci məktəb hücumu kimi qeydə alınan hadisə ilə bağlı istintaq davam edir.

Polis müəyyən edib ki, şübhəli məktəbdə hücumu həyata keçirmək üçün evdən çıxmazdan əvvəl anasını və 11 yaşlı ögey qardaşını qətlə yetirib. Hücumçunun məktəbdə ələ keçirilən iki odlu silahı necə əldə etdiyi barədə isə məlumat verilməyib.

Məktəbdə baş verən hücum zamanı həyatını itirən 6 nəfərin 39 yaşlı təhsil işçisi və 12–13 yaşlı şagirdlər olduğu bildirilib.

Əvvəlcə ölənlər arasında göstərilən şəxslərdən birinin sağ olduğu müəyyən edildikdən sonra hər iki hadisə üzrə ölənlərin sayının 10 deyil, 9 nəfər olduğu dəqiqləşdirilib.

Polis şübhəlinin təxminən 4 il əvvəl məktəbi tərk etmiş 18 yaşlı Jesse Van Rootselaar olduğunu açıqlayıb.

Digər tərəfdən, hücumun baş verdiyi evlə bağlı son illərdə polisə şikayətlərin daxil olduğu, evdə tapılan odlu silahların isə qanuni sahiblərinə geri qaytarıldığı bildirilib.

Ailə üzvlərinin əvvəlki sosial media paylaşımlarından Rootselaarın kiçik yaşlarından silahlara maraq göstərdiyinin anlaşıldığı qeyd olunub.

Xatırladaq ki, Kanadada 11 fevral tarixində Britaniya Kolumbiyası əyalətinin Tumbler Ridc bölgəsində yerləşən məktəbdə silahlı hücum törədilmiş, hücumçu da daxil olmaqla 7 nəfər həyatını itirmişdi.

Yaxınlıqdakı evdə daha 2 nəfərin meyiti aşkarlanmış və hadisənin məktəb hücumu ilə əlaqəli olduğu bildirilmişdi.

Hücumlar nəticəsində, hücumçu da daxil olmaqla, ümumilikdə 9 nəfər ölüb, 27 nəfər yaralanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr