AZ

bp "Azəri-Çıraq-Günəşli" yatağında 2025-ci il üzrə ümumi hasilat həcmini açıqladı

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycana aid sektorunda “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağında 2025-ci ildə neftin ümumi hasilat həcmi ortahesabla günə 330 min barrel təşkil edib.

Bu barədə Trendbp-yə istinadən xəbər verir.

2024-cü ildəki günə 342 min barrel göstərici ilə müqayisədə bu,illik ifadədə 3,5 faiz azdır.

“2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlışəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (21000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barelvə ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon tonolub.

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd etdi. Fevralın 18-iMərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ilitamam oldu. Mərkəzi Azəri indiyədək ümumilikdə 1,2 milyard barrel(157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ənyüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-uQərbi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam oldu.Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton)çox neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu,49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub”, -hesabatda qeyd olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçıtərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkətioperatordur.

AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%),EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,92%).

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr