AZ

​AZAL təyyarələrində internet mövcuddur? -

“Yeni nəsil A320neo təyyarələrində təqdim olunan internet xidməti bütün sərnişinlər üçün əlçatandır”.Bu barədə AZAL-ın mətbuat xidmətindən Metbuat.az -ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, biznes sinfi sərnişinləri, eləcə də “AZAL Miles” loyallıq proqramının “Elite” və “Platinum” statuslu üzvləri üçün bu xidmət əlavə üstünlük olaraq ödənişsiz təqdim olunur. Digər sərnişinlər isə internet xidmətindən ödənişli əsaslarla yararlana bilərlər. “Bu yanaşma beynəlxalq aviasiya praktikasına uyğun olaraq, həm loyallıq proqramının üstünlüklərinin genişləndirilməsinə, həm də xidmətin bütün sərnişinlər üçün əlçatan qalmasına xidmət edir”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
119
metbuat.az

1Mənbələr