AZ

Kiyev, Dnepr və Odessaya kütləvi hücum: ölənlər və çoxlu yaralı var

Rusiya ordusu gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kombinə edilmiş zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna KİV-lərinin məlumatına görə, hücumlara əsasən Kiyev, Odessa və Dnepr məruz qalıb.

Kiyevdə iki nəfər xəsarət alıb. Paytaxtın sol sahilində dağıntılar qeydə alınıb. 2600 ev istiliksiz qalıb, təxminən 107 min ailənin elektrik enerjisi kəsilib.

Dneprdə dörd nəfər yaralanıb, onlardan ikisi uşaqdır. İnfrastruktur obyektinə ziyan dəyib.

Odessada çoxmənzilli yaşayış binası və supermarket, eləcə də mülki və enerji infrastrukturu zərər görüb.

Odessa vilayətində DTEK-ə məxsus yarımstansiyaya hücum edilib, ciddi dağıntılar qeydə alınıb.

Xarkov vilayətinin Lozova şəhərində bir kişi və bir qadın həlak olub, daha altı nəfər yaralanıb.

Aliyə
NOCOMMENT.az

Seçilən
68
nocomment.az

1Mənbələr