AZ

İsveçrə Kantonlar Şurasının sabiq sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. Trend:

İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının(Senatının) sabiq sədri Filippo Lombardi Prezident İlham Əliyevitəbrik edib.

Trend xəbər verir ki,məktubda deyilir:

"Zati-aliləri.

“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizmünasibətilə Sizə dərin hörmət və ehtiramla ən səmimi təbriklərimiçatdırmaqdan məmnunam. Bu nüfuzlu mükafat Sizin müdrikrəhbərliyinizin və qarşıdurma əvəzinə sülh yolunu seçməkqətiyyətinizin bariz göstəricisidir. Tez-tez ciddi gərginliklərləsəciyyələnən bir dövrdə keçmişdə yaşanmışları deyil, gələcəkləbağlı məsələləri ön plana çəkərək bu istiqamətdə göstərdiyinizsəylər mühüm mənəvi və siyasi əhəmiyyət daşıyır.

2013-cü ildə İsveçrə Konfederasiyasının Kantonlar Şurasınınsədri qismində rəsmi səfərim zamanı Bakıda Sizinlə keçirdiyimizgörüşü böyük məmnuniyyətlə və maraqla xatırlayıram. Həmin görüşdəapardığımız dərin məzmunlu fikir mübadiləsi mənim üçün əhəmiyyətlibir xatirə olaraq qalır. O vaxt müzakirə etdiyimiz dialoqprinsiplərini bu gün də Sizin regional və beynəlxalqfəaliyyətinizdə istiqamət olaraq görmək sevindiricidir.

Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi ilə bağlı əldəolunan tarixi irəliləyiş göstərir ki, əsl güc diplomatiya vəbarışıqda təcəssüm olunur. Sizin bu istiqamətdə nümayişetdirdiyiniz qətiyyət beynəlxalq ictimaiyyətə daha sabit vəproqnozlaşdırılabilən gələcəyin mümkün olduğuna ümid verir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizixahiş edir, Azərbaycan Respublikasına davamlı rifah arzularımıbildirirəm".

Seçilən
55
11
az.trend.az

10Mənbələr