“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Qafur Məmmədov” quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini başa vurub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük gəmidən tam şəkildə boşaldılıb.
Hazırda “Qafur Məmmədov” gəmisi növbəti səfər üçün yükləməni gözləyir.
Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.