AZ

Orta Dəhliz Şimal Dəhlizinə və dəniz marşrutlarına həyat qabiliyyətli və siyasi dayanıqlı alternativə çevrilməkdədir

Bakı. Trend:

Orta Dəhliz getdikcə daha çox Rusiya üzərindən keçən “Şimaldəhlizi”nə və Süveyş kanalı vasitəsilə və ya Afrika ətrafındankeçən dəniz marşrutlarına alternativ kimi - həyat qabiliyyətli vəsiyasi baxımdan dayanıqlı bir seçim kimi qiymətləndirilir.

Bu barədə Trend“The New Lines Institute” beyin mərkəzinə istinadən məlumatverir.

“2030-cu ilədək TITR üzrə yük axınlarının həcmi üç dəfə və dahaçox arta bilər. Təkcə 2024-cü ildə TITR-in Qazaxıstan hissəsindəkonteyner daşımaları 62 faiz artaraq 4,5 milyon tona çatıb.Hakimiyyət növbəti üç il ərzində bu göstəricini iki dəfə artırmağıplanlaşdırır.

2025-ci ilin iyul ayında Qazaxıstanın dövlət dəmir yolu şirkətiKTZ ilə “China State Railway Group” arasında əməkdaşlıq sazişininyenilənməsi Orta Dəhlizin gücləndirilməsi və Qazaxıstan üzərindənÇinlə Avropa arasında daşımaların həcminin artırılmasıistiqamətində strateji öhdəliyi vurğulayır”, – hesabatdabildirilir.

Məlumata əsasən, ötürücülük qabiliyyətinin artması və yüksəksəviyyəli siyasi dəstək tələbin təkcə artmadığını, həm də bunun birstruktur xarakter daşıdığını göstərir və Qazaxıstan üzərindən keçənşərq-qərb dəhlizinin əsas ticarət arteriyasına çevrildiyinitəsdiqləyir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
102
az.trend.az

1Mənbələr