AZ

AÇG-dən səmt qazının nəqli artıb

Bakı. Trend:

2025-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçalterminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəorta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetrsəmt qazı təhvil verilib.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Məlumata əsasən, hasil edilən səmt qazının qalan hissəsi təzyiqisaxlamaq məqsədilə yenidən kollektora vurulub.

Müqayisə üçün, 2024-cü ildə AÇG-dən səmt qazının nəqli günə 7milyon kubmetr təşkil edib. Beləliklə, nəql olunan səmt qazınınhəcmi illik ifadədə 14,3 faiz artmış olub.

Qeyd edək ki, 2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz vəetibarlı şəkildə davam edib. Ortaillik hasilat təqribən günə 330000 barrel təşkil edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq(21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri(43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE(25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyonton olub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçıtərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkətioperatordur.

AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%),EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,92%).

Məqalədə:
Seçilən
70
1
az.trend.az

2Mənbələr