Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman ona verilən tapşırıqlardan danışıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı materialda məlumat verilib.
View this post on Instagram
A post shared by Oxu.Az (@oxuaz)
F.Qəhrəmanlının sözlərinə görə, yürüş zamanı Əli Kərimli ona və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.