AZ

Rutte: ABŞ Ukrayna ilə bağlı ehtiyac duyduğumuzu edir

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ Rusiyaya qarşı bütün mümkün təzyiq vasitələrindən istifadə edir və Vaşinqton Ukrayna ilə bağlı üzərinə düşəni yerinə yetirir.

Turkustan.az xəbər verir ki, Rutte və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbi NATO müdafiə nazirlərinin bugünkü görüşü öncəsi mətbuata açıqlama veriblər.

Rutte qeyd edib ki, görüşdə 2025-ci ildə Haaqada keçiriləcək NATO Sammitində müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi ilə bağlı qəbul olunan qərarların icrası müzakirə ediləcək. O vurğulayıb ki, Kanada və Avropa ölkələri müdafiə xərclərini artırmaq və müdafiə sənayesi infrastrukturunu gücləndirməklə Ukraynanın mövqeyini möhkəmləndirməyə çalışır.

Baş katib əlavə edib ki, NATO-nun ötən ildən etibarən başladığı “Baltik Müşahidəsi”, “Şərq Müşahidəsi” və “Arktika Müşahidəsi” missiyaları Rusiya təhdidinin uzunmüddətli xarakter daşıdığını göstərir. O bildirib: “Eyni zamanda Çinə qarşı da sadəlövh olmamalıyıq. Arktika məsələsində söhbət təkcə Rusiyadan deyil, həm də Çindən gedir”.

Rutte qeyd edib ki, ABŞ Avropa İttifaqının sanksiya paketlərinə paralel olaraq Rusiyaya qarşı bütün mümkün təzyiq mexanizmlərini işə salır və “ABŞ Ukrayna ilə bağlı ehtiyac duyduğumuzu edir”.

O həmçinin ABŞ rəsmilərinin Avropa və Kanadanı NATO-nun kollektiv müdafiəsinə daha böyük töhfə verməyə çağırdığını xatırladıb və vurğulayıb ki, ABŞ-ın nüvə çətiri Avropanın təhlükəsizliyinin əsas təminatçısı olaraq qalacaq.

Rutte sonda əlavə edib ki, NATO ABŞ kimi Hind-Sakit okean regionuna daha çox diqqət ayırmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
31
1
turkustan.az

2Mənbələr