AZ

Turistləri təxliyə edəcək, neft göndərəcək: Rusiya Kubaya vəd verib

Rusiya ABŞ-ın neft blokadası fonunda Kubadan rusiyalı turistləri təxliyə etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Kuba aviasiya idarəsi ölkənin reaktiv yanacağının tükənməsi ilə bağlı xəbərdarlıq edib və bu da ada dövlətinin turizm sənayesinə xələl gətirə bilər.

"The Guardian" qəzeti yazır ki, Moskva Kubadan rusiyalı turistləri bir neçə gün ərzində təxliyə etməyi planlaşdırır. Rusiya Turizm Şurası hazırda Kubada təxminən 4000 rusiyalı turistin olduğunu bildirib.

Qəzetinin məlumatına görə, Kubada vəziyyət sürətlə pisləşir.

Sonuncu neft yükü yanvarın əvvəlində Meksikadan tankerlə göndərilib. Lakin Meksika ABŞ-ın təzyiqi səbəbindən ixracı dayandırıb. Venesueladan xam neft tədarükü yanvar ayında Nikolas Maduronun həbsi ilə nəticələnən əməliyyatından sonra dayandırılıb və Kuba ən etibarlı enerji təchizatçısından məhrum olub.

Seçilən
35
publika.az

1Mənbələr