AZ

“Şahdağ Qusar” Ədilxan Qarəhmədovu heyətinə qatıb

“Şahdağ Qusar” qış “transfer pəncərəsi” zamanı heyətini “Səbail”in yetirməsi Ədilxan Qarəhmədovla gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şahdağ Qusar” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, Qusar təmsilçisi futbolçunu “Şəfa” klubundan icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Şahdağ Qusar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ə.Qarəhmədov 2024/2025 mövsümündə “Şahdağ Qusar”ın heyətində Azərbaycan İkinci Liqasının qalibi olub.

İdman.Biz
Seçilən
10
3
idman.biz

4Mənbələr