AZ

Qurban Qurbanov ÇL-ə 15 yaşlı hücumçu ilə “BOMBA” qoymağı düşünür…

“Qarabağ” ABŞ təmsilçisi “Kolambus Kru”ya satdığı Nəriman Axundzadənin adını Çempionlar Liqası üçün iştirak ərizəsindən çıxarıb.

2004-cü il təvəllüdlü hücumçu “Qarabağ”ın yetirməsi kimi B siyahısında yer alıb.

22 yaşlı forvardın yerinə kimsə siyahıya əlavə olunacaqmı?

“Qarabağ” onun əvəzinə yalnız öz akademiyasının yetirməsinin ismini UEFA-ya göndərə bilər.

Qurban Qurbanov bu barədə düşünür. Baş məşqçi 15 yaşlı Əli Bəşirovu həmin yer üçün fikirləşir.

Bu da təsadüfi deyil. Təcrübəli mütəxəssis adıçəkilən yeniyetməni qış fasiləsi zamanı Türkiyə toplanışına aparıb.

O, hücumçuya yoxlama görüşündə də şans verib. Bir müddətdir əsas komandanın məşqlərinə cəlb edilən Əli özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr