AZ

İrəvanın "enerji qurtuluşu" Bakıdan keçir: ABŞ ilə imzalanan sənəd nəyi dəyişir? – ÖZƏL

Fevralın 10-da Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanan "Strateji Tərəfdaşlıq Xartiyası" ilə iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu. Sənədin əsas mahiyyəti enerji təhlükəsizliyi, təchizat marşrutlarının şaxələndirilməsi və neft, qaz, elektrik enerjisi sahəsində birgə layihələrin icrasını təmin etməkdir.

Maraqlıdır, Azərbaycandan Ermənistana neft və qaz xətləri çəkilə bilərmi?

"Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji sahəsində əməkdaşlığı genişləndirməyi, interkonnektor layihələri və təchizat marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Lakin sənəddə konkret olaraq Ermənistana neft və qaz xətləri çəkilməsi barədə heç bir müddəa yoxdur".

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında deyib. İqtisadçı bildirib ki, belə bir addım həm siyasi, həm də texniki baxımdan mürəkkəb olar. Ermənistanla enerji infrastrukturunun birləşdirilməsi üçün qarşılıqlı razılaşmalar, regional təhlükəsizlik məsələləri və mövcud boru kəmərlərinin marşrutları nəzərə alınmalıdır. Ona görə, Xartiyanın məqsədi əsasən beynəlxalq enerji bazarlarında Azərbaycan məhsullarının etibarlı tərəfdaşlar vasitəsilə daha geniş təchizat imkanlarını təmin etməkdir və bu, Ermənistan yönümlü konkret layihəni mütləq nəzərdə tutmur.

"Amma bu kontekstdə Ermənistan konstriktiv siyadi mövqe sərgiləyərsə, vədlərinə əməl edərsə və nəticədə iki ölmə arasında sülh müqaviləsi bağlanarsa, bu Amerika ilə bağlanan Xartiyasız da mümkün ola bilər. Ermənistan region ölkəsidir və bizimlə ən uzun sərhəddə, Avropaya çıxışda strapteji mövqeyə malik ölkədir, Azərbaycanla düşmən mövqedən geri çəkilsə, qarşımızda etibar qazansa, etimad mühiti formalaşdırsa, əlbəttə, ölkəmizin bütün imkanlarından istifadə edə bilər. Məsələn, Ermənistanın hər şeydən əvvəl dəpnizə və Orta Asiyayaya çıxışı Azərbaycan vasitəsi ilə təmin edilə biler. Çin bu hadisəni illərdir ki,gözləyərək İrəvanda 40 hektarlıq səfirlik-ofis tikib. Hər cür əməkdaşlıq mümkündur, yetər ki, konstruktiv mövqeləri olsun", - deyə iqtisadçı ekspert qeyd edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr