AZ

Ryabkov: "Ukrayna danışıqları Ankoric çərçivəsində başa çatdırılmalıdır"

Ukrayna böhranı ilə bağlı danışıqlar prosesi Ankoricdə keçirilən Rusiya-Amerika sammitində əldə edilən anlaşmalar çərçivəsində qalmalıdır. 

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Jirinov oxunuşları" beynəlxalq elmi-ekspert forumunda bildirib.

"ABŞ Prezidenti Donald Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və orada münaqişənin həlli yolları ilə bağlı fundamental anlaşmalar əldə edilib. O vaxtdan bəri davam edən danışıqlar prosesi, fikrimizcə, Ankoricdə müəyyən edilmiş çərçivəyə uyğun nəticələrə gətirib çıxarmalıdır", - deyə nazir müavini qeyd edib.

Ryabkovun sözlərinə görə, bu, Ukraynadakı əməliyyatın məqsədlərinə siyasi və diplomatik vasitələrlə çatmağa, Ukraynada sülhə və həmçinin Rusiya-Amerika münasibətlərinin normallaşmasına aparan çətin, lakin etibarlı bir yoldur.

"Cebheinfo.az"

Seçilən
9
2
cebheinfo.az

3Mənbələr