AZ

bp-nin "Şahdəniz" üzrə əməliyyat və əsaslı xərcləri artıb

Bakı. Trend:

2025-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 315milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyondollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyətiŞahdəniz 2 layihəsinə aid olub.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ildə əməliyyat və əsaslı xərclər, müvafiqolaraq 2,203 milyard dollar və 766 milyon dollar təşkil edib ki, buəməliyyat xərclərinin 5 faiz, əsaslı xərclərin isə 41,9 faizartdığını göstərir.

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan(GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylıobyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılmasıdavam edib.

2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və ŞahdənizBravo platformalarından birlikdə təqribən 27 milyard standartkubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel)kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%),LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO(10,00%), MVM (5,00%).

Məqalədə:
Seçilən
129
1
az.trend.az

2Mənbələr