AZ

Bolqarıstan vətəndaşı olan polis Türkiyəyə kokain keçirməyə cəhd edərkən saxlanılıb

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Türkiyəyə daxil olmaq istəyən Bolqarıstan vətəndaşı olan polis əməkdaşı 2 kiloqram 348 qram kokainlə yaxalanıb.

BAKU.WS xəbər verir ki, D.G. adlı şəxs Edirnədəki Kapıkule sərhəd-keçid məntəqəsinə doğru hərəkət edərkən Bolqarıstan tərəfində yerləşən Kapitan Andreevo sərhəd qapısında ətraflı yoxlamaya cəlb olunub. Gömrük baxışı zamanı onun idarə etdiyi "Opel" markalı avtomobilin akkumulyator hissəsində gizlədilmiş 2 kiloqram 348 qram kokain aşkar edilib.

Narkotik vasitənin təxminən 51 min 381 avro dəyərində olduğu bildirilib. Avtomobilin bir gün əvvəl qeydiyyata alındığı müəyyən olunub ki, bu da qaçaqmalçılığın planlı şəkildə həyata keçirildiyini göstərir. D.G.-nin Bolqarıstan Daxili İşlər Nazirliyinin Vratsa Regional Polis İdarəsində baş polis əməkdaşı vəzifəsində çalışdığı məlum olub.

Faktla bağlı araşdırma Haskovo Regional Prokurorluğu tərəfindən aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
baku.ws

1Mənbələr