AZ

Meksika Deputatlar Palatasında Azərbaycan nümayəndə heyətinin görüşləri davam edir » AzadMedia.az

Meksika


Meksikada səfərdə olan Azərbaycan nümayəndə heyəti Meksika Birləşmiş Ştatları Konqresinin Deputatlar Palatasının plenar iclasında salamlanıb.

Plenar iclas zamanı Azərbaycan nümayəndə heyətinin iştirakı elan olunub və deputatlar tərəfindən alqışlarla qarşılanıb. Eyni zamanda, Meksika–Azərbaycan Dostluq Qrupunun təsis olunması münasibətilə təbriklər səsləndirilib.

Qeyd olunub ki, Dostluq Qrupunun yaradılması iki ölkə arasında parlamentlərarası əməkdaşlığın genişlənməsinə, siyasi dialoqun dərinləşməsinə və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.

Səfər çərçivəsində nümayəndə heyətinin Meksikanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməsi və ikitərəfli münasibətlərin perspektivlərinin müzakirə olunması nəzərdə tutulur.

Seçilən
39
1
azadmedia.az

2Mənbələr