AZ

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsi üçün təxminən 700 milyon dollar ayırır

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi üçün təcili ehtiyacların qarşılanmasına yarım milyard funt sterlinq (təxminən 680 milyon ABŞ dollarından çox) ayırdığını elan edib.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Qilli Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası öncəsi keçirilən brifinqdə bildirib.

“Bu gün günün ikinci yarısında Böyük Britaniyanın Ukraynaya hava hücumundan müdafiə üçün əlavə yarım milyard funt sterlinq ayırdığını təsdiqləyəcəyəm”, – deyə Qilli vurğulayıb.

O qeyd edib ki, Böyük Britaniya dünyada xeyir qüvvəsi kimi çıxış edir.

NATO-nun baş katibi Mark Rütte isə Qillinin Ukraynanın HHM ehtiyacları üçün yarım milyard funt ayrılması barədə bəyanatını müsbət xəbər kimi qiymətləndirib.

Rüttenin sözlərinə görə, bu yardım həm ikitərəfli qaydada, həm də ABŞ-dan silah alınmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində təqdim ediləcək.

“Bu, həqiqətən vacibdir. Çünki bildiyiniz kimi, Ukrayna güclü şəkildə müqavimət göstərir. Lakin onun mülki infrastrukturu və mülki əhalisi raket zərbələrinə və digər hücumlara məruz qalır”, – deyə Rütte əlavə edib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
azpolitika.info

1Mənbələr