Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“kompromislər olmasa, region yeni müharibə ilə üzləşə bilər”
“ABŞ uranın zənginləşdirilməsi məsələsində İranla kompromisə hazırdır”. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə deyib.
Nazir bildirib ki, “kompromislər olmasa, region yeni müharibə ilə üzləşə bilər”.
“Vaşinqton İranın uranın zənginləşdirilməsini tam dayandırması ilə bağlı əsas tələbində çeviklik nümayiş etdirməyə hazırdır. ABŞ-ın bu tələbi sazişin əldə olunmasına uzun müddət ciddi maneə törədib. Çünki Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı kimi uranı zənginləşdirmək hüququnda israr edir”, - deyə Fidan qeyd edib.
Türkiyə XİN başçısı vurğulayıb ki, “danışıqların Tehranın ballistik raket proqramını da əhatə etməsi və Vaşinqtonun bu məsələdə israrı yeni müharibəyə səbəb ola bilər”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.