AZ

"Liverpul" "Barselona"nın müdafiəçisini hədəfə aldı

"Barselona" və Fransa millisinin müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, "Liverpul" oyunçunu hədəfləyir.

Mənbənin məlumatına görə, fransız futbolçunun transfer qiyməti təxminən 80 milyon avro ola bilər.

Kunde 2022-ci ilin yayından "Barselona"da oynayır və "Sevilya"dan Kataloniya nəhənginə qoşulub. Bu mövsüm Kunde "Blaugrana"da bütün yarışlarda 35 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" 27 yaşlı fransız müdafiəçinin bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Seçilən
107
far.az

1Mənbələr