AZ

Ötən il SOCAR tərəfindən xarici bazarlara 16,1 milyon ton neft ixrac edilib

Bakı.Trend:

2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyatakeçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismindəistismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyardkubmetr qaz hasil olunub.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emalvə ixrac göstəricilərinə dair məlumatda bildirilir.

Qeyd edilir ki, şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiqdövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cüillə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib.Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton5 neft hasilolunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilənneft həcmləri 16,1 milyon ton təşkil edib. Buraya şirkətin özimkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdəfəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunanneftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları dadaxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr7,istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrikenerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payınınartması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1%azalıb.

Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan9 çox neft, 3 milyardkubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cüillə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrindəistehsal olunan 2,2 milyon ton11 neft, neft-kimya və qaz-kimyaməhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədiləyuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakıistinadlarda göstərilib.

65.945 metr

7.098.715 ton

7.823.381.000 kubmetr

51.470.886.000 kubmetr

27.671.063 ton

16.065.728 ton

25.193.865.029 kubmetr

13.240.554.327 kubmetr

6.225.953 ton

3.036.010.184 kubmetr

2.168.942 ton

Məqalədə:
Seçilən
65
13
az.trend.az

10Mənbələr