AZ

"Dərsliklərə yeni məlumatlar daxil olmalıdır" - Elm və təhsil komitəsinin üzvü

"Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı çox ciddi mesajlar verdi".

Bunu Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi.

Deputat qeyd etdi ki, hazırkı dövrdə süni intellekt, informasiya texnologiyaları sürətlə inkişaf edir və artıq dünyada bir sıra modellər, yeni yanaşmalar ortaya qoyulur.

"Azərbaycan da artıq bu istiqamətdə müxtəlif layihələrin icrasına, tədbirlərin həyata keçirilməsinə başlayıb. Mən hesab edirəm ki, hazırkı şəraitdə bizim qarşımızda duran ən mühüm, ən vacib məsələlərdən biri də odur ki, biz mütləq şəkildə dərsliklərimizə yenidən baxmalıyıq. Həm gənclərin maarifləndirilməsi, həm gənclərin məlumatlandırılması, həm də onların qorunması üçün mütləq şəkildə proqramlara və dərsliklərə baxmalıyıq. Bunun üçün əlbəttə ki, dərsliklərin üzərində ciddi iş aparılmalıdır. Dərsliklərə yeni məlumatlar daxil olmalıdır. Görünür ki, qarşıdakı dövr sosial media, süni intellekt dövrü olacaq və biz bu dövrə hazır olmalıyıq, bu dövr üçün addımlarımızı atmalıyıq və tədbirlərimizi həyata keçirməliyik", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
49
1
redaktor.az

2Mənbələr