AZ

Qəfil ölümə aparan qidalar: Kardioloq təhlükəli siyahını açıqladı

Qızardılmış qidalar və ultra-emal olunmuş məhsullar qəfil ölüm riskini artıra bilər.

Ölkə.az xəbər verir ki, bu barədə kardioloq Yelizaveta Skorodumova “Lenta.ru”ya müsahibəsində xəbərdarlıq edib:

“Hər gün istehlak olunan qidalar çox vaxt ateroskleroz, infarkt və aritmiyalar vasitəsilə qəfil ürək ölümünə gətirib çıxarır. Qızardılmış yeməklərin, ultra-emal olunmuş məhsulların və doymuş yağların müntəzəm qəbulu bu riskləri kəskin artırır ki, bu da iri tədqiqatlarla təsdiqlənib”.

Onun sözlərinə görə, qızardılmış toyuq və fri kartofunun müntəzəm istehlakı ölüm ehtimalını 13–28 faiz artırır. Bu, qidada olan trans yağların damarların iltihabına səbəb olması ilə bağlıdır. Duz və xolesterinlə zəngin kolbasa, sosiska və hisə verilmiş məhsullar isə həkimin xəbərdarlığına əsasən, ürək xəstəlikləri olan pasiyentlərdə ölüm riskini 10–40 faiz artırır.

“Bu yeməklər xolesterin lövhəciklərinin yığılmasına, təzyiq sıçrayışlarına və aritmiyalara səbəb olur ki, nəticədə ölümcül infarkt və ya insultla yekunlaşa bilər. Meta-analizlərin nəticələrinə görə, qızardılmış qidaların bişmiş yeməklərlə əvəz olunması, duzun məhdudlaşdırılması və ultra-emal olunmuş məhsullardan imtina qəfil ölüm riskini 36 faiz azaldır,” – deyə həkim yekunlaşdırıb.

Həmidə İbrahimova

Seçilən
70
1
olke.az

2Mənbələr