AZ

İFA Tomas Tuxellə bağlı qərarını verdi - RƏSMİ

İngiltərə Futbol Asossiasiyası millinin baş məşqçisi Tomas Tuxellə müqavilənin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Açıqlamada almaniyalı mütəxəssislə yeni 2 illik - 2028-ci ilə qədər müddətə müqavilə imzalandığı elan olunub.

52 yaşlı çalışdırıcı İngiltərə millisini ilə 2024-cü ilin oktyabrında anlaşıb, 2025-ci ilin yanvarın 1-dən isə işinin icrasına başlayıb. Onun rəhbərliyi altında yığma DÇ-2026-nın seçmə mərhələsini 1-ci pillədə başa vurub və mundiala vəsiqə qazanıb. 

Tomas Tuxel əvvəllər "Çelsi", "Borussiya Dortmund", PSJ və digər məşhur klubları çalışdırıb.

Seçilən
25
1
fanat.az

2Mənbələr