AZ

Mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemlər müzakirə edilib



Meksikanın Azərbaycandakı səfirliyində (Embajada de México en Azerbaiyán) səfir xanım Victoria Romero ilə görüşdə ölkəmizdəki minaların yaratdığı vəziyyət, mina qurbanları xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemləri müzakirə etdik.
Xanım səfir bildirdi ki, onun ölkəsində mina problemi yoxdur, bu səbəbdən mina qurbanlarına rast gəlinmir. Amma buna baxmayaraq Meksika minaların və kasetli silahların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyalarının işində aktiv iştirak edir, dünyanın bu problemlərdən tezliklə azad olunması üçün öz səylərini göstərir.
Xanım səfirə ölkəmizdəki bu problemlə əlaqədar son vəziyyət, təşkilatımızın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verildi.
Görüşdə xanım səfir bildirdi ki, imkanları çərçivəsində mina qurbanları xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemləri diqqətdə saxlayacaq.
Görüş zamanı göstərdiyi qonaqpərvərliyə görə xanım Victoria Romeroya təşəkkür edirik.
Seçilən
55
1
newscenter.az

2Mənbələr