AZ

Mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemlər müzakirə edilib

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov Meksikanın Azərbaycandakı səfirliyində səfir Victoria Romero ilə görüşüb.Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Hafiz Səfixanov deyib ki, görüşdə ölkəmizdəki minaların yaratdığı vəziyyət, mina qurbanları, xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemlər müzakirə edilb:"Səfir bildirdi ki, onun ölkəsində mina problemi yoxdur, bu səbəbdən mina qurbanlarına rast gəlinmir. Amma buna baxmayaraq Meksika minaların və kasetli silahların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyalarının işində aktiv iştirak edir, dünyanın bu problemlərdən tezliklə azad olunması üçün öz səylərini göstərir". Hafiz Səfixanov səfirə ölkəmizdəki bu problemlə əlaqədar son vəziyyət, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib:"Görüşdə səfir bildirdi ki, imkanları çərçivəsində mina qurbanları xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemləri diqqətdə saxlayacaq".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
newscenter.az

2Mənbələr