ABŞ Prezidenti Donald Tramp NATO-nun genişlənməsini Ukraynadakı münaqişənin əsas səbəbi kimi açıq şəkildə etiraf edən ilk və yeganə Qərb lideri olub.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov forumda çıxışı zamanı bildirib.
"Tramp NATO-nun genişlənməsini münaqişənin əsas səbəbi kimi açıq şəkildə etiraf edən ilk və bəlkə də yeganə Qərb lideri olub", - nazir müavini qeyd edib.
Ryabkov həmçinin vurğulayıb ki, Ukrayna üzrə nizamlanma danışıqlarının Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri arasında Ankoric sammitində əldə edilən razılaşmalar çərçivəsində olmalıdır. O hesab edir ki, bu, sülhə nail olmaq və Moskva ilə Vaşinqton arasında münasibətləri normallaşdırmaq üçün çətin, lakin etibarlı bir yoldur.
QAZİLER.AZ