AZ

Karapetyan baş nazirliyə namizəd oldu


Milyarder, iş adamı Samvel Karapetyan “Güclü Ermənistan” partiyası tərəfindən baş nazir postuna namizəd irəli sürülüb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə partiyanın dünən keçirilən qurultayında elan edilib.
Qurultayda həmçinin partiyanın sədri və şura seçilib. Karapetyan “Güclü Ermənistan” partiyasının sədri seçilib.
Baş nazir postuna namizədin adını “Bizim Yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan (Samvel Karapetyanın qardaşı oğlu) elan edib.
Qeyd edək ki, Karapetyan hazırda Erməni Apostol Kilsəsini dəstəklədiyini bəyan etdiyinə görə rejim dəyişikliyinə çağırış ittihamı ilə ev dustaqlığındadır.
Seçilən
6
yeniavaz.com

1Mənbələr