AZ

Qarabağ ermənilərə, Azərbaycan ruslara verilir… – Xain planın ŞOK DETALLARI

2020-ci ilin iyulunda Bakıda deyildim. Tovuz döyüşlərində Polad Həşimov, İlqar Mirzəyev və digər qəhrəmanlarımızın şəhid olmasından sonra xalqın paytaxtda meydanlara çıxmasını böyük həyəcanla izləyirdim. O gecə insanlar cəbhəyə getmək, Qarabağı azad etmək üçün çağırışlar səsləndirirdilər. Məqsəd sadəcə döyüşə razılığın verilməsi idi, insanlar şəhidlərin intiqamını almaq istəyirdilər.

Lakin bu günə qədər məni düşündürən əsas məsələ bunu istəyən bir kütlənin daxilində şüarların anidən niyə dəyişməsi və insanların hansı səbəblə Milli Məclisə zorla daxil olması idi. Axı məqsəd başqadır?! Sonra bəziləri gecədən paylaşım edib yazdı ki, heç bilmədikləri bir qrup şəxs anidən ortaya çıxıb və camaatın arasına sızaraq fərqli şüarlar səsləndirməyə başlayıblar. Məhz bir kəsimi parlamentə də onlar yönləndiriblər.

Tam 6 il sonra məsələ rəsmi səviyyədə açıqlandı. Həm də bunu edənlərin öz dilləri ilə. DTX-nin Ramiz Mehdiyev, Əli Kərimli və digərləri ilə bağlı yayımladığı materialda Fuad Qəhrəmanlı həmin gecə belə bir göstərişin verildiyini açıqlayıb:

“Çalışmaq lazımdır ki, bu prosesdə kütləvi şəkildə biz də iştirak edək. Xalqın səsləndirdiyi şüarlara fərqli şüarlar da qatmaq lazımdır. Yürüş Şəhidər Xiyabanına çatanda Milli Məclisə daxil olub buranı nəzarətə götürmək lazımdır. İnsanların bu istiqamətdə yönləndirilməsinə çalışılmalıdır. Bu, hakimiyyətin götürülməsi istiqamətində bir səy idi. Baş turarsa, sonra AzTV istiqamətində hərəkət etmək lazım idi”.

Adı çəkilən insanlar xalqın vətənpərvərlik hissini istismar etməklə öz niyyətlərinə nail olmağa çalışıblar. Düşmənə qəzəbli, torpağına şəhid qanı düşən camaat o vəziyyətdə özündən asılı olmadan yönləndirilib. Bir vətəndaş kimi, fikrimcə, bu, müxalifətə yaraşan addım deyil. Belə mübarizə olmamalıdır. Xalqın dəstəyini almaqla, qəzəbli kütləni fərqli məqsəd üçün yönləndirmək başqa şeylərdir.

Hələ digər tərəfdən, Əli Kərimlinin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə mərhələli şəkildə üzv olacağı sözünü verdiyi deyilir. Bu, ümumiyyətlə, qəribədir. Deməli, hakimiyyətə gəlmək üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq imkanı sınanılıb. Hətta ən çox qarşı çıxılan, pislənənlə belə.

Belə görünür ki, onlar Qarabağı ermənilərə, Azərbaycanın qalan hissəsini isə ruslara vermək istəyirdilər…

Globalinfo.az

Seçilən
27
1
editor.az

2Mənbələr