AZ

Cəlilabaddakı hadisədə kim günahkardır? Ağacın altında qalan sakinlə bağlı hüquqi məsələ

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Cəlilabadda yağan qarın ağırlığına dözməyən ağacın meyvə-tərəvəz dükanının üzərinə aşması rayonda həyəcanlı anlara səbəb olub. Hadisə nəticəsində 1966-cı il təvəllüdlü Anaxanım Əhmədova obyektin içində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal əraziyə cəlb olunaraq xüsusi avadanlıqlarla ağacı hissələrə ayırıblar və qadını xilas ediblər. Bu hadisə son günlər müşahidə olunan kəskin hava şəraitində təhlükəsizlik məsələsini yenidən müzakirə obyektinə çevirib. Xüsusilə ağacların aşması nəticəsində dəyən zərərə görə kimin məsuliyyət daşıması vətəndaşlar üçün maraq doğurur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədovun fikrincə belə vəziyyətlərdə ilk növbədə ağacın kimin balansında olduğu və hadisəyə qədərki vəziyyəti araşdırılmalıdır. Ekspert qeyd edir ki, əgər ağac əvvəldən qəzalı vəziyyətdə olubsa və aidiyyəti qurumlar, istər bələdiyyə, istərsə də digər xidmət sahələri vaxtında tədbir görməyiblərsə, hüquqi məsuliyyət birbaşa onların üzərinə düşür.“Əvvəlcə hadisənin təfərrüatı müəyyən edilməlidir: ağac kimin mülkiyyətindədir və əvvəldən təhlükəli vəziyyətdə olub-olmaması. Bunun üçün müvafiq ekspertiza aparılır. Ekspertizanın nəticəsi əsasında ağacın sahibi və ya idarəçisinin (məsələn, bələdiyyə, park xidmətləri və ya özəl şəxslər) hadisəyə görə məsuliyyət daşıyıb-daşımadığı müəyyən olunur”, – deyə ekspert açıqlayıb.“Bu halda vətəndaş məhkəməyə müraciət edərək maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə prosesində ağacın təhlükəli olub-olmaması, mülkiyyətçinin məsuliyyəti və zərərin miqdarı əsas sübutlar kimi təqdim olunur”, – deyə Sahib Məmmədov vurğulayıb.Ekspert əlavə edib ki, zərərçəkən tərəf üçün hüquqi yol isə məhkəmə müstəvisindən keçir. Belə ki, aparılan ekspertiza ağacın baxımsızlıqdan və ya sırf qar fəsadından aşdığını müəyyən etdikdən sonra vətəndaş həm maddi, həm də mənəvi zərər tələb edə bilər. Təhlükəli ağacların vaxtında budanmaması və ya kəsilməməsi mülkiyyət sahibinin səhlənkarlığı kimi qiymətləndirilə bilər.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr