AZ

Ronaldunun boykotu: Ərəblər sərvətdən, portuqaliyalı mundialdan məhrum ola bilər

ain.az bildirir, Fanat portalına istinadən.

Superulduz Kriştianu Ronaldu "Əl-Nəsr"in oyunlarını boykot etməyə davam edir. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçunun yoxluğu komandanın nəticələrinə təsir etməsə də (o, iki oyunu buraxıb, "Əl-Nəsr" hər ikisində qalib gəlib), onun statusu liqanın maliyyə göstəricilərinə təsir göstərə bilər.

Münaqişə Kriştianunun Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondunun (PIF) "Əl-Nəsr"i idarə etməsindən narazılığı üzündən yaranıb. O, fondun lazımi transferləri həyata keçirməməsindən narazıdır. 

Tanınmış insayder Fabrizio Romano münaqişənin detalları barədə açıqlama yayıb:

“Problem Ronaldu ilə "Əl-Nəsr" arasında deyil. Onun məşqçisi, komanda yoldaşları, azarkeşləri və rəhbərlik ilə əla münasibətləri var. Amma Səudiyyə Ərəbistanı Pro Liqasının bir neçə klubuna nəzarət edən və investisiyalar, büdcələr və digər hər şeylə bağlı qərarlar qəbul edən PIF fondu var. Ronaldu fondun oyunçu transferlərini idarə etməsindən və ümumi strategiyanı ən yüksək səviyyədə həyata keçirməsindən narazıdır". 

Futbolçunun demarşı milyonlarla dollarlıq itkilərə və uzunmüddətli diskvalifikasiyaya səbəb ola bilər. Ronaldunun boykotu artıq Səudiyyə Ərəbistanı liqasının imicinə və maliyyə vəziyyətinə ciddi ziyan vurur. Münaqişə fonunda Səudiyyə Ərəbistanı Pro Liqasını yayımlayan Amerika televiziya kanalı FOX müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırlaşır. Amerika yayımçısından əlavə, digər şirkətlər də liqanın yayımlarını ləğv edə bilərlər. İlkin hesablamalara görə, liqa belə bir halda 2,5 milyard dollar zərər görəcək. Faktdır ki, Ronaldunun oyunları buraxmasından sonra liqanın qlobal izləmə göstəriciləri 60-70 faiz azalıb. Futbolçu "Əl-Nəsr"dən ayrılsa, yalnız portuqaliyalıya görə Səudiyyə Ərəbistanına gələn qlobal sponsorlar da eyni addımı ata bilərlər.

Lakin PIF-in bir ciddi üstünlüyü var: FİFA qaydaları. Kriştianu etirazlarını davam etdirərsə, fondun vəkilləri anlaşmanın bəndlərini pozduğuna görə onun müqaviləsini ləğv edə bilərlər. Onda Ronaldu ciddi problemlərlə üzləşəcək: məvacibinin qalan hissəsini (400 milyon dollar) itirəcək. Bundan başqa, o, liqa tərəfindən bütün zərərlərə görə məhkəmə iddiaları ilə üzləşəcək. Ən əsası, FİFA Kriştianuya uzunmüddətli qadağa tətbiq edə bilər ki, bu da onun 2026-cı il dünya çempionatını buraxacağı anlamına gəlir. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
fanat.az

3Mənbələr