AZ

Onlar vergi generalı oldular

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

"Unikal"ın məlumatına görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlidən başqa, daha 3 nəfərə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (vergi generalı) ali xüsusi rütbəsi verilib.

Həmin şəxslər Vergi siyasəti baş idarəsinin rəisi Nicat Şükür oğlu İmanov, Vergi auditi baş idarəsinin rəisi Abbas Cəlil oğlu İsmayılov və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Ədil oğlu Vəliyevdir.

Seçilən
73
6
unikal.az

10Mənbələr