AZ

Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb

"2025-ci ildən başlayaraq “AFB Bank” ASC transformasiya (köklü dəyişikliklər - red) dövrünü yaşayır - komanda böyüdülür, rəqəmsal həllərə, infrastruktrun gücləndirilməsinə investisiya yatırılır". 

Bunu Marja.az-a “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov bildirib.

O qeyd edib ki, 2025-ci ildə “AFB Bank”ın işçilərinin sayı 45% və ya 131 nəfər artırılaraq 420 nəfərə çatdırılıb. 2024-cü ilin sonunda Bankın 289 nəfər işçisi var idi.  

“AFB Bank”ın 2025-2029-cu illəri əhatə edən strateji baxışına görə, 2029-cu ilin sonunda Bankın cəmi aktivlərinin 1 milyard manata çatdırılması proqnozlaşdırılır. 2029-cu ilin sonunda gəlir gətirən aktivlərin ümumi aktivlərdə payının təxminən 90% təşkil edəcəyi nəzərdə tutulur. Bankın cəmi aktivlərinin 70 faizinin və ya təxminən 700 milyon manatının isə müştərilərə verilmiş kreditlər, o cümlədən, cəmi kredit portfelinin təxminən 20 faizinin mikro və aqrar kreditlərin təşkil edəcəyi proqnozlaşdırılır. 

Seçilən
44
marja.az

1Mənbələr