AZ

Pako Alkaser Qazaxıstan yolunda

İspaniya millisinin və “Barselona”nın sabiq forvardı Pako Alkaser karyerasını Qazaxıstanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Kaysar” təcrübəli hücumçunu heyətinə qatmağı planlaşdırır.

Qazaxıstan yüksək liqasında çıxış edən klub ispanla 1 illik müqavilə imzalamaq istəyir. Alkaser yaxın günlərdə qazaxlara yekun qərarını açıqlayacaq.

“Kaysar” ötən ay “Liverpul”, “Çelsi”, “İnter”, “Spartak”(Moskva) klublarında oynamış Viktor Mozesi heyətinə qatmışdı. Alkaser “Valensiya”, “Xetafe”, “Barselona”, “Borussiya”(Dortmund), “Vilyarreal”, “Şarjah”, “Emireyts” klublarında oynadıqdan sonra klubsuz qalmışdı.

Əlavə edək ki, Qazaxıstanda yeni mövsümə qarşıdakı ay start veriləcək.

Seçilən
12
msport.az

1Mənbələr