AZ

Ərdoğan: Bizim başımıza gələnlər onların başlarına gəlsəydi, yerlə-yeksan olardılar

BAKI, 12 fevral. TELEQRAF

“Son on ildə baş verən hadisələrə nəzər salın, nələr yaşadığımızı, nələrlə mübarizə apardığımızı xatırlayın. İnkişaf etmiş ölkələr də daxil olmaqla, dünyanın hansısa bir dövlətinin başına gəlsəydi, yerlə-yeksan olacağı saysız-hesabsız böhranları uğurla idarə etdik”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təbii fəlakətlərdən müharibələrə qədər ən çətin sınaqlardan alnı açıq çıxdıq. Türkiyəni silahlı toqquşmaların tərəfinə çevirməyə yönəlmiş bütün tələləri boşa çıxardıq. Balanslı, təmkinli və strateji ağıla əsaslanan xarici siyasətlə ölkəmizi böhranların həllində açar ölkə mövqeyinə gətirdik. Ana müxalifətin başındakı şəxs xaricilərin qarşısında min cür hala düşərkən, biz hər sahədə Türkiyəni şanla, şərəflə təmsil etdik və edirik.

Bəziləri qəbul etmək istəməsə də, son illərdə beynəlxalq siyasətdə Türkiyə rüzgarı əsir. Regional böhranlara həll axtarışında Türkiyənin qapısı daha tez-tez döyülür. Türkiyənin nə deyəcəyi diqqətlə izlənilir. Türkiyə gündəm müəyyən edən ölkə kimi adından söz etdirir. Əziz millətimizin bizdən gözlədiyi kimi, beynəlxalq arenada güclü mövcudluq nümayiş etdiririk. Hələ yeni başlamışıq, gələcəkdə daha da yaxşı mövqelərdə olacağıq. Böyük və güclü Türkiyənin ayaq səsləri daha gur eşidiləcək”, - dövlət başçısı vurğulayıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr