AZ

Sumqayıtda 66 yaşlı kişi qəfil öldü

SUMQAYIT, 12 fevral. TELEQRAF

Sumqayıt şəhərində küçədə 66 yaşlı kişi ölüb.

Teleqraf-ın yerli bürosu verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 66 yaşlı Fazil Baba oğlu Ağayevin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin həyatını xilas edə bilməyib.

Onun hadisə yerində dünyasını dəyişdiyi müəyyən olunub.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr