AZ

Deputat: “Xaç ataları” Ramiz Mehdiyev başda olmaqla, adı çəkilən, cinayətdə iştirak edən hər kəs çox ciddi cəzasını almalıdır

“Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatdan sübutlar və faktlarla aydın olur ki, Ramiz Mehdiyev, Əli Kərimli, Abbasov Abbasov, Qənimət Zahid, Fuad Qəhrəmanlı və digərləri dövlətə nə qədər böyük xəyanət yolu seçiblər. Dövlətin Konstitusiya quruluşunun dəyişmək, dövlətə qarşı satqınlıq, xəyanət etmək bunların xisləti imiş”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

O qeyd edib ki, “Xaç ataları” Ramiz Mehdiyev başda olmaqla, adı çəkilən, cinayətdə iştirak edən hər kəs çox ciddi cəzasını almalıdır: “Xalq da bilməlidir ki, müstəqil Azərbaycan dövlətinin inkişafına maneə törədənlər, Azərbaycanı Rusiyanın vassalına çevirmək istəyənlər kimlər idi. Bir daha deyirəm, həmin kəslər çox ciddi cəzalandırılacaqlar. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə, əməkdaşlarına, dövlətimizin təhlükəsizliyinin daim keşiyində dayanan qurumların rəhbərlərinə təşəkkürümüzü bildiririk. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində ən böyük cinayət olan dövlətə xəyanətin qarşısı alındığı kimi həmin əməli törədən cinayətdarların layiqli cəzaları da veriləcək”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Fevral 2026, 16:35   
Seçilən
23
pravda.az

1Mənbələr