AZ

İnsanlar əlavə xərclərini azaltmalı olacaq İqtisadçıdan bədbin proqnoz

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105.7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107.1 faiz, qeyri-qida məhsulları üzrə 103.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.6 faiz təşkil edib.

Əgər artım ilin sonuna qədər davam edərsə, bu əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək?

Qaynarinfo-nun sualını şərh edən iqtisadçı Asif İbrahimov bildirib ki, artım ilin sonuna qədər davam edərsə, bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq və iqtisadiyyatda daralma baş verəcək: İqtisadçı bu fikirini nümunələrlə izah edib:

"Məsələn, insanlar gəlirlərinin daha çox hissəsini qidaya xərcləyəcəksə, burda artıq iqtisadi, sosial tarazlıq pozulacaq. Birbaşa olaraq orta statistik Azərbaycan vətəndaşı xərclərini azaltmaq məcburiyyətində qalacaq. Buna nümunə olaraq, məsələn, vətəndaş 1000 manat maaş alırdısa, bu pul ilə həm qida təminatını həyata keçirir, kommunallarını ödəyirdisə, qonaq gedir, məclislərdə iştirak edirdisə, artıq bu bahalaşma müşahidə olunanada digər çox da vacib olmayan xərclərini qısacaq: taksidən istifadə etməyəcək, əvvəl 2-3 ayda bir yeni geyim alırdısa, indi ildə iki dəfə alacaq. Aydaiki dəfə restorana gedirdisə, artıq getməyəcək".

Bahalaşmanın inflyasiyaya təsirləri haqqında da danışan Asif İbrahimov qeyd edib ki, dünya praktikasında inflyasiya istehlakçı qiymətlər indeksi sənədi (Consumer Price Index) əsasında  hesablanır:

"İnflyasiya səviyyəsi bu sənəddə 4 hissədə sinifləndirilib. Sənədə uyğun olaraq, 0-3 faiz arası inflyasiya indeksi aşağı və sabit inflyasiya hesab olunur. 3-6 faiz inflyasiya indeksi orta, 6-10 faiz arası yüksək, 10 faizdən yuxarı isə kritik inflyasiya indeksi hesab olunur. Beynəlxalq praktikaya uyğun açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, qida məhsulları bəzi meyarlar üzrə kritik həddə gəlib çatıb. Bu rəqəmlərə nəzər yetirdikdə görərik ki, hazırda illik ümumi inflyasiya indeksi 5.7 faizdir. Bu isə orta inflyasiya indeksidir. Amma bir sıra məhsul və xidmətlərdə bu indeks 7.1, 8, 9 faizə qədər gəlib çıxır".

"Dövlət qiymətlərə nəzarət etmək üçün hansı tədbirləri görə bilər" sualına cavab olaraq iqitsadçı bildirib ki, dövlətin qiymətlərə nəzarət etməsi düzgün deyil:

"Dünya praktikasında belə, dövlətlər istəsə belə, qiymətlərə nəzarət edə bilmir. Çünki hər hansı bir məhsulun, xidmətin yekun qiymətini formalaşdıran onu yaradan xərclərdir. Əgər həmin məhsulu, xidməti yaradan xərclər yüksəkdirsə, bu yekun qiymətə də öz təsirini göstərəcək".

Asif İbrahimov deyir ki, problemlərin, qiymət artımının qarşısını almaq üçün yerli istehsalı stimullaşdırmaq vacibdir:

"Hazırda ölkə daxilində nə istehsal edilirsə, baha başa gəlir. Məsələn, bir sahibkar ölkə daxilində hansısa məhsulu istehsal etmək istəyir, amma baxır ki, həmin məhsul Çində burdan 3 dəfə ucuz istehsal olunur. Artıq o məhsulu ölkə daxilində istehsal etməyəcək, ixrac edib üstünə də pul qoyub satacaq. Bu gün Azərbaycanda istehsal etdiyimiz məhsulların xammal və inqredientlərini belə xarici ölkədən gətiririk. Bütün bunlarda ölkə daxilində istehsal olunan məhsulun maya dəyərinə təsir edəcək".

İqtisadçı deyir ki, dövlət yalnız sahibkarlar üçün stimullaşdırıcı addımlar ataraq, onlara dəstək göstərə bilər:

"Qanunvercilikdə nisbətən sadələşmələr, subsidiyalar tətbiq olunmalı, vergilərlə bağlı məsələlərə baxılmalıdır. Xüsusi ilə gömrük prosedurlarında sadələşmə olmalıdır. Sahibkar hansısa məhsulu istehsal etmək istəyirsə, həmin məhsul üçün lazım olanları gətirərkən kotastrafik qiymətlər tətbiq etmək lazım deyil ki, yekun olaraq məhsul baha başa gəlməsin". 

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr