“Qalatasaray” klubunun prezidenti Dursun Özbek mövsümün sonunda müqavilə müddəti başa çatacaq argentinalı hücumçu Mauro İkardi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, futbolçunun “sarı-qırmızılar” üçün dəyərli olduğunu vurğulayıb. Özbekin sözlərinə görə, mövsüm başa çatdıqdan və bir çox məsələlər dəqiqləşdikdən sonra İkardi ilə görüş keçiriləcək və gələcəklə bağlı qərar qarşılıqlı razılıq əsasında veriləcək.
Klub prezidenti əlavə edib ki, bu mövzunun tez-tez gündəmə gətirilməsi düzgün deyil. O, “Qalatasaray”ın öz dəyərlərinə sadiq klub olduğunu və bu dəyərlər baxımından heç vaxt problem yaşamadığını bildirib.
Qeyd edək ki, 2022-ci ildən etibarən “Qalatasaray” formasını geyinən İkardi bu mövsüm 32 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.