ain.az, Bakupost saytına istinadən bildirir.
2018-ci ildə imzalanan saziş Trampın ilk prezidentlik dövründən qalan ən mühüm iqtisadi irslərdən biri idiBakupost.az “The Independent”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə danışıqlar apardığı Şimali Amerika üzrə genişmiqyaslı ticarət sazişində ABŞ-ın tərəf kimi qalmasının səbəblərini məsləhətçilərindən soruşduğu bildirilir. Bu məsələ ABŞ-Meksika-Kanada Sazişinin (USMCA) bu yay keçirilməsi planlaşdırılan məcburi baxış prosesi ərəfəsində gündəmə gəlib.Adları açıqlanmayan rəsmilər “Bloomberg” agentliyinə bildiriblər ki, Tramp Amerika xalqı üçün hər zaman daha yaxşı razılaşma axtarır və administrasiya 2020-ci ilin əvvəlində qüvvəyə minmiş mövcud sazişi avtomatik şəkildə təsdiqləməyə meylli deyil.ABŞ Ticarət Nümayəndəliyinin ofisindən olan bir rəsmi bildirib ki, mümkün dəyişikliklər milli mənşə qaydaları, kritik minerallar, əmək hüquqlarının qorunması və dempinqə qarşı mexanizmlər kimi sahələrdə yenilənmiş şərtləri əhatə edə bilər.Ağ Ev Trampın Şimali Amerika Azad Ticarət Sazişini əvəz edən bu razılaşmaya münasibətdə tərəddüdlərinin olduğunu ictimai şəkildə təsdiqləməyib.Administrasiya rəsmilərindən biri “Reuters” agentliyinə açıqlamasında, “Prezident tərəfindən şəxsən açıqlanmadığı müddətcə, mümkün prezident addımları ilə bağlı müzakirələr əsassız spekulyasiyalardır”, – deyib.Trampın saziş üzrə tərəfdaşları isə ABŞ-ın yaxın zamanda razılaşmadan çıxacağına dair hər hansı rəsmi siqnalın verilmədiyini bildiriblər.Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında, “Biz buna inanmırıq və danışıqlarda da bu məsələ qaldırılmayıb, çünki bu saziş onlar üçün çox vacibdir”, – deyib.Kanadanın Baş naziri Mark Karni isə iki gün əvvəl Tramp ilə müsbət görüş keçirdiyini bildirib. Görüşdə ticarət sazişi ilə yanaşı, Trampın Miçiqan və Ontarionu birləşdirən, uzun müddətdir planlaşdırılan körpünün açılışını əngəlləmək hədəsi də müzakirə olunub.Təxminən 2 trilyon dollar dəyərində mal və xidmət dövriyyəsini əhatə edən və bir çox məhsulu ABŞ gömrük rüsumlarından azad edən bu azad ticarət sazişinin ləğvi Şimali Amerika iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola və avtomobil istehsalı kimi xariclə dərin inteqrasiya olunmuş sahələrə ağır zərbə vura bilər.Sazişin iyul ayından etibarən məcburi şəkildə yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Əgər yenilənərsə, növbəti 16 il qüvvədə qalacaq. Yenilənmədiyi halda isə tərəflər 2036-cı ildə başa çatana qədər hər il sazişi yenidən gözdən keçirə biləcəklər.Razılaşmadan çıxmaq Trampın uzun müddətdir ABŞ-ın tərəfdaşlarına qarşı nümayiş etdirdiyi daha sərt və tez-tez qarşıdurmaya girən ticarət və diplomatik xəttinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.Prezident Çinlə artan əlaqələrinə görə Kanadanı 100% gömrük rüsumu ilə hədələyib, həmçinin Meksika da daxil olmaqla Kubaya neft tədarük edən ölkələrə qarşı vergi tətbiq ediləcəyi ilə bağlı təhdidlər səsləndirib.Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.