AZ

Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir?- DOSYE

Ajans.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərli “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsinə layiq görülüb. O.Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. O, 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb. 2018-ci ildə isə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. O.Nəzərli 2019-cu ildən etibarənVergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib. Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib. Prezidentin 6 may 2021-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Seçilən
77
8
Ajans.az

10Mənbələr