AZ

bp "Şahdəniz" yatağından hasil olunan qazın ümumi həcmini açıqladı

Bakı. Trend:

2006-cı ildə istismara verildiyi vaxtdan 2025-ci ilin sonunadəkAzərbaycanın “Şahdəniz” yatağında ümumilikdə təxminən 264 milyardkubmetr qaz hasil olunub.

Bu barədə Trendbp-yə istinadən xəbər verir.

Eyni dövrdə kondensat hasilatı 52 milyon ton təşkil edib.

2025-ci ildə yataqda "Shah Deniz Alpha" və "Shah Deniz Bravo"platformalarından təxminən 27 milyard standart kubmetr qaz və 4milyon tona yaxın kondensat (təxminən 32 milyon barel) istehsaledilib.

Beləliklə, qaz hasilatı 2024-cü illə (28 milyard standartkubmetr) müqayisədə 3,8% azalıb, kondensat hasilatının həcmi isəəvvəlki ilin səviyyəsində qalıb.

İl ərzində “Şahdəniz” yatağından hasil olunan qaz Azərbaycan(SOCAR), Gürcüstan (GOGC) və Türkiyə (BOTAS) bazarlarına, BTCkəmərinin marşrut üzrə müxtəlif nöqtələrindəki obyektlərə, eləcə dəAvropadakı alıcılara çatdırılıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündətəxminən 77 milyon (ildə təqribən 28 milyard) standartkubmetrdir.

"Şahdəniz"də iştirak payları belədir:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), CənubQaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Məqalədə:
Seçilən
73
az.trend.az

1Mənbələr