AZ

Məhkəmə bir cinayət işi üzrə 50 nəfərdən çox şəxs barəsində məcburi gətirmə qərarı verdi

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə 100 nəfərdən çox şahidin adının keçdiyi halda indiyədək onların məhkəmədə az bir hissəsinin dindirilməsinin təmin olunduğuna məhkəmə heyəti iradını bildirərərək ifadələri alinmayan 50 nəfərdən çox şahidin məhkəməyə gətizdirilməsi üçün qərar qəbul edilib.
Bununla bağlı həmin şəxslərin yaşadıqları rayon polis idarə və şöbələrinə müvafiq məktubların göndərilməsinə göstəriş verilib.
Məhkəmənin növbəti iclası martın 5-də keçiriləcək.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.

Eyvaz Nifteliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik göturərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir.

Orxan Rasifoğlu

Seçilən
60
50
unikal.az

10Mənbələr